Duru yeməklər :: Yumurtalı toyuq supu

Terkibi: Bir toyuğun yarısı 1 eded yerkökü 2 eded baş soğan 3 eded yumurta "Möcüze" duru yağı Duz, istiot İstenilen edviyyat İstenilen göyerti Hazırlanması: Toyuğu teqriben 40 deqiqe erzinde bişirin. Soğanı narın-narın doğrayın. Yerkökünü ise sürtgecden keçirin. Toyuğun etini sümüyünden ayırıb istenilen böyüklükde tikeleyin. Yağda qovrulmuş yerkökü ile soğanı toyuğun bulyonuna elave edin. Sonra ise eti onun üzerine elave edin. Yumurtanı ayrı bir qabda çalın ve üzerine bir neçe yemek qaşığı soyuq su elave edin. Sonra ise yeniden yaxşıca çalın. Yumurtanı qaynayan supa qarışdıra-qarışdıra elave edin. Duz, istiot ve zövqe göre istenilen diger edviyyatları elave edib qarışdırın. Süfreye vererken üzerine doğranmış göyerti sepin. Nuş olsun!


Oxunub: 475 defe