Duru yeməklər :: Pehriz borşu

Terkibi: 2 eded çuğundur 1 eder yerkökü 3 eded kartof Pomidor (İster tebii, isterse de, qış üçün bağlanmış tomatlıq) ¼ hisse Pekin kelemi Bir neçe yemek qaşığı lobya (Evvelceden qaynadın ve borşa en sonda elave edin.) 1 eded soğan 1 diş sarımsaq Hazırlanması: Yerkökü ve çuğunduru nazik, uzun formada doğrayın. Sürtgecden de keçirmek olar. Soğanı ve sarımsağı kiçik-kiçik doğrayın. Pomidoru ise kvadrat şeklinde doğrayın. Erzaqları zeytun yağında qızardın. Bir qeder qızardıqdan sonra qazın xodunu vam edin, tavanın qapağını ağzına qoyun ve 10-15 deqiqe bele saxlayın. Eger borşun lezzetli alınmağını ve çuğundurun öz rengini saxlamağını isteyirsinizse, tavaya bir çimdik şeker tozu elave edin. Kartofu kvadrat şeklinde doğrayın. Eger kartofun kraxmalı çoxdursa, onu 20 deqiqe soyuq suda saxlayın. Kraxmal kartofdan ayrılacaqdır. Bir qazanda su qaynadın ve duz tökün. Ondan sonra ise kartofu hemin qazana elave edin. Tavadakı terevezler yumşalandan sonra onu qazana elave edin ve 10 deqiqe qazanın ağzı yarı açıq halda qaynadın. Bu erefede kelemi doğrayın. Demek olar ki, hazır olan supa kelem ve lobyanı elave edin. Vam odda 10 deqiqe de qaynadın. Yemeyin altını söndürmezden 2-3 deqiqe evvel ise yemeye istediyiniz edviyyatı, elece de defne yarpağı elave ede bilersiniz. Yemeyi daha yaxşı olar ki, bişenden yarım saat sonra süfreye veresiniz. Bişmiş terevezler bir qeder qalıb berkise, yaxşıdır. Nuş olsun!


Oxunub: 832 defe