Duru yeməklər :: Qabaq ile edviyyatlı krem-şorba

Terkibi: 2 porsiya üçün nezerde tutulub. 400 qr. qabaq 100-200 ml qaymaq 1 ç.q duz 0,25-0,5 ç.q kerri tozu 2-3 budaq şüyüd 15 qr. suxari Hazırlanması: Qabaqları yuyub uclarını kesirik. Sürtgecden keçirdirik. Qabığını temizlemeye ehtiyac yoxdur. Sürtgecden keçirilmiş qabaqları bişecek qaba tökürük. Su elave edirik. Eger qabaqlar terdirse, su tökmeye ehtiyac yoxdur. Qabaqların üstü azacıq örtülmelidir. Qapağını bağlayıb qoyuruq mikrodalğalı sobaya gücü 850 olmalıdır. 5 deqiqe bişirilir. Adi halda qazda da bişirmek olar. Qabaqlar bişmelidir. Sıyığa dönmemelidir. İsti qabaqlara duz elave edilir ve blenderle ezilir. Kerri tozu ve qaymaq elave edilir. Eyni qaydada qarışdırılır. Şüyüdü doğrayırıq. Şorbaya şüyüdü ve suxarini elave edib süfreye veririk. Şorbamız hazırdır. Nuş olsun!


Oxunub: 720 defe