Duru yeməklər :: Cırbır

Terkibi: 1 eded heyva, 1 baş soğan, 2x.q "Möcüze" duru yağı(günebaxan), 100 qr qoz lepesi, 2 x.q quru nane, 2 eded şirin alma, 1 stekan bişmiş tum paxla, 2 eded orta irilikde kartof, sarıkök, duz Hazırlanması: Evvelce soğanı doğrayıb yağda qovururuq, üzerine bişmiş paxlanı elave edirik. Alma, kartof ve heyvanı xırda-xırda doğrayırıq. Paxlanın üzerine elave edirik. Azca qovurub üzerine çıxana qeder su elave edirik. Ayrıca qozu doğrayıb, nane ile hazır saxlayırıq. Kartofu bişdikden sonra qozu da elave edirik. Hamısı bişdikden sonra duzu ve naneni de elave edib ocaqdan götürürük. Cırbırımız hazırdı. Nuş olsun.


Oxunub: 367 defe