Salatlar / Qəlyanaltılar :: "TOVUZ QUŞU" MEZESİ

Terkibi:BadımcanPendirSarımsaq"Bizim Süfre" klassik mayoneziUn, bitki yağıAzerduz yodlu narın xörek duzu Bezek üçün:XiyarPomidorZeytun Qeyd: Terkibde gösterilen erzaqların miqdarı zövqe göre götürülür.Badımcan halqa-halqa doğranır,duzlanır ve acı suyunun çıxması üçün 20-30 deqiqe gözledilir.Acı suyu çıxmış badımcan halqaları süzgecde soyuq su altında yuyulur ve metbex desmalı ile suyu alınır.Her bir badımcan halqası una batırılaraq bitki yağında her iki terefden qızardılır,yağının süzülmesi üçün kağız salfetka üzerine qoyulur.Sert pendir kiçik gözlü rendeden keçirilir,ezilmiş sarımsaq ve mayonezle qarışdırılır.Pendirli qarışıq isti badımcan halqalarının üzerine çekilir.Bişmiş badımcan halqaları hazır olduqdan sonra "TOVUZ QUŞU"nun quyruğu şeklini düzeltmeye başlayırıq.Bezek üçün pomidor,xiyar ve qara zeytunlardan da istifade olunur.Zeytunlar ikiye bölünmüş halda qoyulur. P.S. İnanıram ki, bu meze ile de qonaqlarınızı ve yaxınlarınızı sevindire bileceksiniz.Nuş olsun!


Oxunub: 565 defe