Tortlar :: "Qızcığaz dovşan" tortu

Eziz Qadın.Netliler, bu defe size uşaqların üzünde tebessüm yaradacaq qızcığaz dovşan tortunun hazırlanma qaydasını teqdim edirem. Bunun üçün bize arzu etdiyimiz reseptle hazırlanmış daire formalı iki eded nazik ve ya bir eded qalın biskvit lazımdır. İki biskvitin arasını istediyimiz kremden istifade ederek adi qaydada tortu yığırıq. Kremin berkimesi üçün 1 saatlıq soyuq yere qoyuruq. Aşağıda gösterilen sxeme uyğun olaraq çöple tortun üzerinde cızıqlar çekirik. Başı çekmek üçün her hansı qabdan ve s. kesmek olar. Dövşanın gözlerini, ağzını ve burnunu da çöple cızırıq. Perqament kağızından hazırladığımız kiçik torbalara müxtelif rengli kremler dolduraraq başlayırıq tortu bezemeye. "Qızcığaz dovşan" tortumuz hazırdır. Gözeldir, ele deyilmi? Nuş olsun!


Oxunub: 689 defe