Salatlar / Qəlyanaltılar :: Qarışıq salat

Lazım olan erzaqlar: 3 eded yerkökü 2 eded çuğundur 4 eded yumurta 1 banka qarğıdalı 1 baş soğan 300 qr göbelek 3 eddd kartof 2 eded "Bizim Tarla" xiyar turşusu ve teze xiyar "Bizim Süfre" klassik mayonezi Azerduz yodlu narın xörek duzu, istiot Qoz Göyerti Hazırlanması: Evvelce yerkökü, çuğundur, yumurta, kartof bişirilir. Baş soğan xırda doğranır, ezilib acı suyu çıxarılır, üzerine qaynar su tökülur ki, acılığı qalmasın. Göbeleyi tavada bişiririk, evvel qaynayanda suyunu atırıq, daha sonra yağda bişiririk. Böyuk qabın içine dairevi forma qoyuruq ve bütün erzaqları lay-lay bu dairenin içine yığırıq. Birinci layı kartofla edirik. Kartof xırda-xırda doğranır. Sonra teze ve duzlu xiyar doğranır, lay-lay qoyulur, mayonez çekilir. Daha sonra kök sürtgecden keçirilir, mayonez çekilir. Sonra göbelek, daha sonra doğranmış soğan qoyulur, mayonez çekilir. Sonra yumurta ve çuğundur sürtgecden keçirilir, mayonez çekilir. Sonra stekanın ağzı ile salatın üzerinde daireler çekirik, qoz ve göyerti ile bezeyirik. En axırda dairevi formanı ehtiyatla açıb götürürük. Salatımız tort şeklinde görünür. Nuş olsun!


Oxunub: 525 defe