Quru yeməklər :: Şamaxı plovu

Terkibi: 100 q qaragöz lobya 300 q düyü 100 q kere yağı Lavaş 1 hise verilmiş balıq Şeker tozu (zövqe göre) Hazırlanması: Hise verilmiş balıqla plovun Şamaxı variantını hazırlamaq üçün 100 q qaragöz lobyanı qaynadın. Qaynayan duzlu suda 300 q düyünü bişirin, süzün. Qazanın dibini yağlayıb lavaş döşeyin (ya da xemirden qazmaq hazırlayın), düyü ile lobyanı lay-lay düzün. Qazanın ağzına desmal çekib qapağını qoyun. Qazanı evvel orta itilikde ocağın üstüne qoyun, qazan qızandan sonra ise vam odda 1 saat demleyin. Düyünün üzerine 100 q erinmiş yağ gezdirin. Bir qeder de demde saxlayın ki, düyü yağı çeksin. Bu müddetde balığı buğa vermek lazımdır. Onu perqamente büküb mantı qazanında 10-15 deqiqe buğa vermek, yaxud da temizleyib, doğrayıb iki-üç deqiqe qaynar suda saxlayıb suyu süzmek olar. Plovu süfreye vererken düyünü balıqla qarışdırmaq, buluda çekenden sonra ise üzerine şeker tozu sepmek lazımdır. Nuş olsun!


Oxunub: 710 defe