Salatlar / Qəlyanaltılar :: "8 Mart" salat-tortu

Lazım olan erzaqlar: Düyü - 100 qr Toyuq filesi - 1 eded Soyutma yumurta - 4 eded Pendir - 50 qr Qara gavalı - 60 qr Sarımsaq - 1-2 diş "Bizim süfre" klassik mayonezi Bezeyi üçün: Şüyüd Göy soğan Sarı bolqar biberi - 1 eded Ketçup - 1-2 damcı Azerduz yodlu narın xörek duzu Hazırlanması: Düyü bişirilir, soyudulur. 1-ci qat: düyü azca mayonez çekilmiş qaba qoyulur, üstünden mayonez çekilir. İkinci qat: bişmiş toyuq filesi kub şeklinde doğranır. Düyünün üstüne qoyulub mayonez çekilir. Üçüncü qat: qara gavalı balaca hisselere kesilir. Sarımsaq sürtgecin xırda gözünden keçirilir. Üstünden mayonez çekilir. Dördüncü qat: Pendir sürtgecin orta gözünden keçirilir, üstünden mayonez çekilir. Beşinci qat: yumurta sarılarını sürtgecin orta gözünden keçiririk. Ağlarından ise bir neçe leçek kesirik. Qalan yumurta ağlarını sürtgecden keçirib xırda doğranmış şüyüdle qarışdırırıq. Bu qarışıqla salatın qıraqlarını bezeyirik. Növbe çatdı salatı "güllerle" bezemeye. Güllerin ortasını sarı bolqar biberinden düzeldirik. Ortasına bir damla ketçup qoyub kibrit çöpü vasitesile xetler çekirik. Yarpaqlarını göy soğan ve şüyüdden qoyuruq. Eziz xanımlar, bayramınız mübarek!


Oxunub: 579 defe