Salatlar / Qəlyanaltılar :: Menzere salatı

Terkibi: 1 deste kahı 300 qr az duzlu farel balığı 6 eded soyutma yumurta 1 banka zeytun 3 eded yerkökü 250 qr. "Bizim Süfre" zeytunlu mayonezi 1 eded portağal Azerduz yodlu narın xörek duzu, istiot Bezek üçün: Qırmızı kelem Yuxarıda saydığımız terevezlerin yarısı Hazırlanması: İlk önce salatın sousunu hazırlayırıq.Bir eded portağalı et maşınından keçıririk. Sonra mayoneze qataraq duz, istiot vurub qarışdırırıq. Düzbucaqlı formada qab götürürük ve kahını elimizle qırıb ora yığırıq.Sonra üzerine bir az sous tökürük. Sonra balığı kubik formasında doğrayıb düzürük. Sonra yumurta sürtgecden keçirilir ve düzülür, üzerine bir az sous tökülür. Sonra zeytun doğranıb düzülür. Daha sonra yerkökü sürtgecden keçirilir, düzülür ve üzerine sous tökülür. Daha sonra keşniş ve şüyüd xırda-xırda doğranılır ve düzülür. Daha sonra avokado kubik formasında doğranır, üzerine limon suyu tökülür. Salatın üzerine düzülür ve sous tökülür. En sonda üzerine pendiri sürtgecden keçirib düzürük ve üzerine mayonez çekirik. Salatın üzerini ise qırmızı kelem ve erzaqların yarısı ile istediyimiz menzere ile bezeyirik.Salatımız hazırdır. Nuş olsun! Resept tercüme olunub


Oxunub: 511 defe