Müxtəlif :: Sobada sade peraşki

Terkibi: 500 qr un 200 qr "Möcüze" paket yağı 1 st süd 1 ç/q maya Duz İçlik üçün: 300 qr et ve ya toyuq döş eti 2-3 eded soğan Duz İstiot Yağ Hazırlanması: Xemir geceden hazırlanıb sellefona bükülüb soyuducuya qoyulur. Seher xemiri soyuducudan çıxarılıb 2-3 saat dinceldib istifade edilir. Etle soğan xırda doğranıb yağda qızardılır, duz istiot vurulur. Xemir yayılır, kvadrat şeklinde kesilir. Ortasına içlik qoyulub üçbucaq şeklinde bükülüb kenarları şekildeki kimi berkidilir. Liste yığılıb 180 derecede sobada hazır olana qeder bişirilir. Peraşkilerimiz hazırdır. Nuş olsun!


Oxunub: 573 defe