Salatlar / Qəlyanaltılar :: Sevimli salat

Terkibi: 500 qr. hise verilmiş toyuq budu 70 qr. holland pendiri 1 eded baş soğan 4 eded yumurta 100 qr. qoz lepesi 1 eded alma 50 qr. qara gavalı Mayonez Xama Duz, istiot Bezek üçün: 100 qr. temizlenmiş zeytun 1 eded yumurta 3 eded çerri pomidoru Ceferi Hazırlanması: Hıse verilmiş toyuq budunun derisi soyulub, xırda kub şeklinde doğranılır. Soyutma yumurta nazik ve uzun doğranılır. Holland pendiri sürtgecin xırda gözünden keçirilir. Baş soğan xırda doğranılaraq üzerine qaynar su elave edilir. Alma sürtgecin iri gözünden keçirilir. Qara gavalı xırda-xırda doğranılır. Soğan sıxılaraq suyu çıxardılıb toyuq etine qarışdırılır.Şekilde gördüyünüz forma verilib, üzerine xama ve ya mayonez çekilir. İkinci qat: yumurta, mayonez ve ya xama çekilir. Üçüncü qat: alma düzülür. Dördüncü qat: pendir, mayonez ve ya xamaya qarışdırıb istifade edilir. Beşinci qat: qara gavalı düzülüb üzerine azca mayonez ve ya xama çekilir. Hazır salatı sellefona büküb, 1-2 saatlıq soyuducuya qoyuruq, sonra üzeri bezedilir. Mayonez metbex şprisine doldurulur, şekilde gördüyünüz qaydada salatın üzerine xettler çekilir, aralarına qoz lepesi ikiye bölerek qoyulur. Ceferi, pomidor, yumurta ve zeytunla gül buketi hazırlayaraq salat bezedilir. Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 590 defe