Salatlar / Qəlyanaltılar :: Holland pendirli, vetçinalı maffinler

Terkibi: 100 q vetçina (kolbasa da olar) 100 q holland pendiri 150 q süd 100 q "Wellington" kere yağı 250-300 q un 2 ç.q qabartma tozu (ve ya sirkede söndürülmüş 1 ç.q soda) Duz İstiot Hazırlanması: Vetçinanı kvadrat şeklinde doğrayırıq. Pendiri de bu qaydada doğrayırıq. Yumurtanı duz, istiotla çalırıq. Yumurtaya süd ve yumşalmış yağı elave edib qarışdırırıq. Vetçinanı, pendiri de bu qarışığın üzerine elave edirik. Unu ve qabartmanı en sonda qataraq kütleni qarışdırırıq. Formanı yağlayıb qarışıqdan ele tökürük ki, formanın hündürlüyünün 2/3 hissesi qeder olsun. Qabaqcadan 180 derecede isidilmiş sobaya qoyub bişirmek lazımdır. Texminen 30 deqiqeye bişir ve 12 eded çıxır. Hazır olub olmadığını kibrit ve ya diş çöpü ile yoxlamağı unutmayın. Nuş olsun!


Oxunub: 374 defe