Salatlar / Qəlyanaltılar :: Boyat çörekle qelyanaltı

Terkibi: Boyat çörek Duzlu ağ pendir Holland pendiri Yumurta Ceferi "Wellington" kere yağı Hazırlanması: Çöreyi dörtkünc formada doğrayırıq. Ağ pendiri ezib çöreyin üzerine elave edirik. Holland pendirini de doğrayıb ve ya sürtkecden keçirib, çöreyin üzerine elave edirik. Ceferini doğrayırıq, yumurtaları da çalıb çöreyin üzerine elave edirik ve yaxşıca qarışdırırıq. Tavaya "Wellington" kere yağını töküb eridirik ve qarışığı tavaya her terefli yayırıq. Bir terefi qızarandan sonra qapaq ve ya boşqabın kömeyi ile çeviririk. Her iki üzünü qızardıb, isti-isti servis edirik. Dadlı ve asan qelyanaltımız hazırdır. Nuş olsun! P.S. İsteye göre içine kolbasa, sosiska ve pomidor da vurmaq olar.


Oxunub: 176 defe