Duzlu xəmir işləri :: İdeal piroq

Terkibi: Bilinçik xemiri: 500 ml süd, 1 x.q şeker tozu, 7 x.q un, 1 yumurta, 2 x.q "Möcüze" duru yağı (günebaxan), Duz, Bir çimdik soda. Xemirin terkibi: 300 qr un, 70 ml su, 1/2 yumurta, 120 qr "Möcüze"paket yağı, Zövqe göre duz. İçlik: 3 eded qaynadılmış yumurta, 1 toyuğun döş eti, 150-200 qr göbelek, 100 ml yağlı krem, (qaymaq da ola biler) 2 eded soğan, 3 x/q "Möcüze" duru yağı (günebaxan), 3 x.q xama, Kişniş-şüyüd, Duz. Hazırlanması: Evvelce xemirimiz hazırlanır ve künde halına getirilib 15 deqiqe gözledilir. Sonra ise blinçikimizi resepte uyğun hazırlayırıq. Yumurtalar qaynadıldıqdan sonra kubik şeklinde doğranılır. Doğradığımız yumurtanın üzerine yaşıllığımızı da doğrayırıq. Bir azda qaymaq elave edirib qarışdırırıq. Tavaya duru yağ elave edirik ve kubik şeklinde doğradığımız döş etini ora elave edirik. Soğanı da doğradıqdan sonra ocağa qoyub çox olmamaq şerti ile bişiririk. Bişdikden sonra bir az soyudub üzerine 3 qaşıq xama elave edirik ve qarışdırırıq. Ayrı bir tava götürürük ve ora yağ elave edirik. Qalan bir soğaanımızı doğrayıb ora elave edirik. Göbelekleri de soğanın içerisine elave edin ve bişirin. Bişib qurtarmasına az qalmış kremini elave edin. Terkibleri hazır olduqdan sonra biz orta ölçülü bir list götürürük. Hazırladığımız xemiri iki yere bölürük. Birini yayıb alt hissesine yerleşdiririk. Hazırladığımız blinçiklerimizi şekilde göründüyü kimi ora yerleşdiririk. Birini qoyuruq. Ve yumurtadan hazırladığımız içliyimizi ora töküb yayırıq. Üzerini daha bir blinçikle örtürük. Yeniden toyuğun döş etinde hazırladığımız içliyi ora elave edirik ve yayırıq. Üzerini blinçikle örtürük. Sonda göbelekli içliyimizi ora elave edirik. Ve üzerini sonuncu blinçikimizle örtürük. Sonda qalan xemirimizin ikinci hissesini yayırıq ve listin üzerine hamar şeklinde yerleşdiririk. Üzerine istediyiniz kimi bezek vere bilersiniz. Bezedikden sonra yumurta sarısını onun üzerine yayırıq ve qızdırılmış sobada bişiririk. Bişdikden sonra üzerini bezeye bilersiniz. Budur, çox dadlı görsenir. Nuş olsun!


Oxunub: 791 defe