Salatlar / Qəlyanaltılar :: Napoleon qelyanaltısı

Terkibi: Qat-qat xemirden hazırlanmış 6-7 eded yuxa 2 eded kök 3 eded yumurta 250 konservleşdirilmiş balıq 150 qr kesmikli yağlı pendir 1-2 diş sarımsaq Mayonez ve xama İstenilen erzaqları zövqünüze uyğun seçe bilersiniz. Hazırlanması: Qat-qat xemirden istediyiniz ölçüde yuxa bişirilir. Konservleşdirilmiş balıq çengelle ezilir. Hazır yuxaya mayonez xama qarışığı çekilerek üzerine balığın yarısı herterefli sepilir. İkinci qata mayonez ve xama qarışığı çekilir, bişmiş kök ve sarımsaq qarışığı sepilir. Üçünçü qata evvelki qayda ile edilib qaynadılmış yumurta sürtkecden keçirib sepilir. Dördüncü qata kesmikli yağlı pendir çekilir. Beşinci qata yerde qalan konservleşdirilmiş balıq sepilib, sonuncu yuxa ovularaq üzerine herterefli sepilir. Hazır olduqda üzerine sellefon çekerek herterefli basın ki, bir-birine preslensin ve ya üzerine ağırlıq qoymaq olar. 3-4 saat ( geceden hazırlayıb ) serin yerde saxlayıb süfreye vere bilersiniz . Napoleon qelyanaltımız hazırdır. Nuş olsun! ( tercüme edilib )


Oxunub: 512 defe