Salatlar / Qəlyanaltılar :: Yeni il üçün hazırlanan salatlar (2)

Terkibi: 300-400 qr toyuq döş eti 3 eded kök 3 eded kartof 4-5 eded yumurta 1 eded qırmızı soğan ve ya çuğundur Duz, istiot Mayonez ve ya xama 1 deste ceferi, kahı 2-3 eded konservleşdirilmiş zeytun Bu salatda da damaq dadınıza uyğun salat hazırlayıb görüntünü vere bilersiz. Hazırlanması: Toyuğun döş eti bişirilib, soyudulur ve xırdalanır. Qalan erzaqlar qaynadılıb soyudulur ve ayrı-ayrılıqda sürtgecin iri gözünden keçirilir. Ağ kağız üzerinde poni şekli çekib şekildeki kimi kesirik. Boşqaba kahını düzürük. Evvelce daire şeklinde erzaqları sıra ile yığıb, aralarına duz, istiot ve mayonez çekerek üst-üste yığırıq. Kesdiyimiz kağızı salatın üzerine qoyaraq qıraqlarına sürtgecden keçirilmiş yumurtanın ağını sepirik. Kağızı götürüb yerine zövqe göre istenilen erzaqdan üst-üste bir-iki qat yığılır (aralarına mayonez çekmekle). Sonda yumurta sarısı sepilir. Baş hissesini bezemek üçün kökden nazik dilimler kesilib düzülür. Göz, ağız hissesi zeytunla bezedilir. Ayaq hissesi üçün yumurta ağı ve zeytundan istifade edilir. Yeher hissesine çox xırda doğranmış qırmızı soğan ve ya çuğundurdan istifade edilir. Xırda dogranmış ceferi şekildeki kimi sepilir. Eziz xanımlar, Yeni il süfresi üçün salatınızı aşağıdakı şekilleri izleyerek bezeye bilersiniz: Nuş olsun!


Oxunub: 572 defe