Salatlar / Qəlyanaltılar :: Suxarili badımcan salatı

Terkibi: 2 eded orta ölçülü badımcan (konservleşdirilmiş badımcan da ola biler) 4-5 eded "Bizim Tarla" soyulmuş pomidoru 2-3 diş sarımsaq 1 kasa qatıq Mayonez Közlenmiş biber Nane Qırmızı biber Sirke ve ya limon suyu Suxari 1 ç.q duz 1 ç.q şeker Hazırlanması: Badımcanları soyub bu şekilde doğrayın. Sonra dördkünc şeklinde doğrayıb, acı suyunun çekilmesine qeder gözleyin. Sonra badımcanları qızardın. Suxarileri istediyiniz böyüklükde qırın ve salat edeceyiniz qaba düzün. Üzerine qızarmış badımcanları elave edin. Pomidorları blenderden keçirin. Sarımsaq ve duz elave edib, bişirin. Bişene yaxın sirke, yaxud limon suyu ve şekeri elave edib qarışdırın. Bişmiş pomidoru badımcanların üzerine elave edin. Qatıq, mayonez, sarımsaq ve duzu qarışdırıb pomidor sousunun üzerine tökün. Közlenmiş qırmızı biberleri ince-ince doğrayıb, salatın üzerini bezeyin. Qalan boşluqlara nane ve qırmızı biber tökün. Sonda ise soyuducuda saxlayın. 1-2 saatdan sonra çıxarıb servis ede bilersiniz. Nuş olsun!


Oxunub: 473 defe