Salatlar / Qəlyanaltılar :: Lavaş ruleti

Terkibi: 5 eded lavaş 1 banka konservleşdirilmiş balıq 2 eded soğan 2-3 eded kök 200-250 qr holland pendiri 1 iri deste şüyüd Mayonez 1 x.q şeker tozu 1 x.q. sirke Duz (Erzaqları zövqe uyğun seçmek olar) Hazırlanması: Evvelce soğanı xırda doğrayıb üzerine qaynar su, 1x.q şeker tozu, 1x.q sirke, duz elave edib 30 deqiqe saxlayırıq. Kök ve pendiri sürtkecden keçiririk. Konservleşdirilmiş balığı çengelle ezirik. Şüyüd xırda-xırda doğranılır. Birinci lavaşa mayonez çekib, üzerine balığı sepirik ve rulet şeklinde sıx bururuq. İkinci lavaşa sıxılmış soğan sepirik, üzerine mayonezi gördüyünüz kimi çekirik ve birinci lavaşı üzerine qoyaraq bururuq. Üçüncü lavaşa pendiri sepir, mayonezleyib burduğumuz ruleti qoyub bururuq. Dördüncü lavaşa kökü sepib, mayonezleyib evvelki qayda üzre bururuq. Beşinci lavaşa şüyüd sepib mayonez çekir ve bururuq. Ruletin kenarları kesilir, sellofana büküb soyuducuya qoyulur (geceden hazırlanıb qoyulsa, daha yaxşı olar). Ruleti dilimleyib zövqünüze uyğun bezeyerek süfreye vere bilersiniz. Nuş olsun!


Oxunub: 612 defe