Salatlar / Qəlyanaltılar :: Blinçikli dadlı qelyanaltı

Terkibi: 8-10 eded blincik 500 qram qaynadılmış et 100 qram kelem 1 eded yerkökü 1 baş soğan 5 x.q. qaynadılmış düyü 50 qram " Wellington" kere yağı 250 qram xama 0.5 ç.q duz 2 qram istiot 20 qram şüyüd 5 eded qaynadılmış yumurta Hazırlanması: Evvel qaynadılmış eti blenderden ve ya maşından keçiririk. Sonra soğan ve kökü temizleyirik. Soğanı xırda doğrayırıq, kökü ise sürtkecden keçiririk. Kelemi de xırda ve nazik halda doğrayırıq (sürtkecden de keçire bilersiniz) Soğanı tavada suyu çıxanacan bişiririk, sonra yağı, kökü elave edirik, bir yerde bir az qızardıqdan sonra kelemi elave edirik, qızılı reng alanacan qızardırıq. Kenara qoyuruq ki, soyusun. Qızardılmış terevezleri, sürtkecden keçirilmiş yumurtanı, eti, düyünü bir qaba tökürük, üstünden de texminen 150 qram xama, duz, istiot elave edib yaxşıca qarışdırırıq. Tavanı yağlayırıq. Birinci blinçiki qoyuruq ve üzerine içliyi töküb yayırıq. Bu qayda ile o biri layları da üst-üste qoyuruq. Üzerine artıq qalmış xamanı töküruk. Sonra sobaya qoyub 180 derece temperaturda 20-25 deqiqe bişiririk. Hazır olandan sonra üzerine doğranmış göyertini sepirik. Blinçikli qelyanaltı hazırdır. Nuş olsun!


Oxunub: 527 defe