Salatlar / Qəlyanaltılar :: Yerkökü salatı

Terkibi: (Bu erzaqlardan ancaq 3 eded yerkökü çıxa biler.) 6 eded normal ölçüde yerkökü 1-2 diş sarımsaq 1 deste keşniş ve ya şüyüd Mayonez Xama 1 toyuğun döş eti Zövge göre duz Hazırlanması: Evvelce eti ve yerkökünü suda bişiririk ve yerkökünün qabıqlarını temizleyirik. Sonra ise yerkökünü sürtkecin narın gözünden keçiririk, eti didirik, sarımsağı ezib mayonez ve xamayla qarışdırırıq Hazırlayacağımız qaba eti yerkökü formasında, yeni bir başı enli yumru, o biri başı nazik uzun düzürük. Üzerinden duz vurub mayonezi ehmallıca çekirik. Üzerinden yerkökünü qalın qatla seririk ve qaşığın arxa hissesi ile hamarlayıb qıraq ve üstünü düzeldirik. Duz sepirik ve qaşığın sapı ile üzerine çatlar atırıq ki, yerköküye tam benzesin. Enli terefinden göyertinin saplaqlarını içeri salırıq. Qeyd: Bu salat hem sarımsaqlı, hem de yerkökülü olduğu üçün uşaqlarımıza çox xeyri var. Nuş olsun!


Oxunub: 656 defe