Salatlar / Qəlyanaltılar :: "Maşa" salatı

Terkibi: 6 eded kartof 6 eded yumurta 6 orta ölçüde yerkökü 2 eded çuğundur Yarım eded toyuq filesi "Bizim Tarla" konservleşdirilmiş xiyar turşusu Teze xiyar Duz İstiot Mayonez Üzeri üçün: Holland pendiri Yumurta Xiyarın ucları Hazırlanması: Kartof, yumurta, yerkökü, çuğundur ve toyuq filesini bişiririk. 3 kartofu sürtkecden boşqaba keçiririk, üzerine mayonez, duz, istiot vururuq. 2 yarım yumurtanı sürtkecden keçiririk, kartofun üzerinden mayonez, zövqe göre duz, istiot vururuq. Yumurtanın üzerinden 3 eded yerkökünü sürtkecden keçirib yayırıq, mayonez, duz, istiot vururuq. Yerkökünün üzerinden önce doğranmış duzlu xiyar ve teze xiyarı, sonra doğranmış toyuq filesini tökürük, mayonez, duz, istiot vururuq. 2-ci qatı da bu formada edirik: evvel kartofu, sonra yumurtanı ve yerkökünü sürtkecden keçiririk, mayonez, duz, istiot vururuq. Maşanın şalın düzeldmek üçün çuğunduru sürtkecden keçirdirik ve maşanın şalını düzeldirik. Holland pendirini sürkecden keçirdirik Maşanın üzüne vururuq. Saçlarını düzeltmek üçün holland pendirini nazik kesib qoyuruq. Bişmiş yumurtanı halqa formasında kesib gözlerini qoyuruq, teze xiyarın da ucların kesib gözünün içine qoyuruq. Çuğundurdan dodaqlarını düzeldirik. Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 387 defe