Terkibi: 2 eded kartof 2 eded kök 1 eded soğan 1/2 eded qırmızı bolqar biberi 1 banka konservleşdirilmiş balıq 5 eded yumurta 2 diş sarmısaq Zövqe göre mayonez ve pendir Hazırlanması: Kartof, kök ve yumurta qaynadılır. Qabıqları temizlenir. Soğanla konservleşdirilmiş balıq ise blenderden keçirilir. Kartofu rendeleyib birinci qat qoyuruq ve üzerinden mayonez çekirik. İkinci qat kartofun üstünden kökü rendeleyib tökürük ve mayonez çekirik. Üçüncü qat ise blenderden keçirilmiş balıq soğan qarışığını töküb, mayonez çekirik. Dördüncü qat ise xırda doğranmış qırmızı bolqar biberlerimizi tökürük. Yumurtaları iki hisseye bölürük. Diqqetle yumurtanın sarısını çıxardıb, xırda-xırda doğranmış sarmısaqla qarışdırırıq ve yumurta ağlarınını içerisine doldururuq. Beşinci qata ise yumurtaları üzü üste qoyuruq. Yumurtaların üzerinden mayonez çekirik. Ardından ise pendiri rendeleyib tökürük. Salatımızı kesende ise bele görünür. Nuş olsun. Qeyd: Konservleşdirilmiş balıq xoşlamayanlar onu toyuğun döş etiyle evez ede biler.


Oxunub: 519 defe