Salatlar / Qəlyanaltılar :: "Nergiz buketi" salatı

Terkibi: 3-4 eded kartof 3 eded yumurta 1-2 eded "Bizim Tarla" xiyar turşusu 200 qr göbelek 1 eded soğan 2 deste göy soğan Mayonez ve ya xama Duz İstiot Gül hazırlamaq üçün: 3-4 eded iri turp Sarıkök Diş çöpü Hazırlanması: Evvelce bütün erzaqlar ayrı-ayrılıqda sürtkecden keçirilir. Göbelek ve soğan xırda doğranıb yağda qızardılır. Bize 2 litirlik plastik butulka lazım olacaq. Evvelce butulka ön ve arxa hissesi zövqünüze uyğun hündürlükde kesilir ve boşqaba otuzdurulur. Birinci qat - kartof, duz, istiotlanıb mayonezlenilir. Salatı üst-üste yığarken qaşıqla üzerinden basaraq yığmaq lazımdır ki, erzaqlar bir-birine preslensin. İkinci qat - turşu xiyar Üçüncü qat - yumurta, duz, istiot, mayonez. Dördüncü qat - göbelek, mayonez. Beşinci qat - kartof duz, istiot, mayonez. Altıncı qat - yumurta duz, istiot, mayonez. Sonuncu qata göyerti ve ya göy soğan doğranıb sepilir. Formanı ehtiyatla çıxarırıq. Soğan yarpaqlarını gördüyünüz kimi uclarını kesib şekildeki kimi yığırıq. Turp temizlenilib bıçaqla nazik kesilir. Bir nergiz gülünü hazırlamaq üçün 6 leçek lazımdır. Orta hissesindeki sarı rengi almaq üçün sarıkökle renglemek lazımdır. Hazır güller bitki yağı ile yağlanılır ki, solğun görünmesin. Diş çöpü vasitesile gül yığılır. Hazır güller salatın üzerine yığılır ve soğan yarpaqları aralarına batırılır. Salat lentle bağlanılır. Nuş olsun!


Oxunub: 390 defe