Konservləşdirilmiş məhsullar :: Qış üçün gavalı salatı

Terkibi: 3 kq pomidor 1,5 kq qırmızı biber 1 kq kök 1 kq gavalı 4-5 baş orta boy sarımsaq Arzuya göre acı biber Duz Yarım st. sirke Yarım litr "Möcüze" duru yağı Hazırlanması: Evvela kök, gavalı, pomidor ve biberleri yuyuruq. Gavalının tumunu çıxardırıq, biberlerin de içini çıxardırıq. Kökü de temizleyib yuyuruq. Bunları et maşınında çekirik. Her birini ayrı-ayrı qablara çekirik. Sonra ise birlikde qarışdırırıq. Acı biber ve sarımsağı da temizleyib çekirik ve qazana tökürük. Hamsını qazana töküb qaynadırıq. Suyu çekilene ve bişene yaxın yağ, duz ve sirkeni töküb 5 deqiqe de qaynadırıq. Hazır salat sterilize edilmiş bankalara yığılır ve 15 deqiqe qaynadılır. Sonra ise ağzı bağlanılır. Serin yerde saxlanılır. Qış üçün gavalı salatımız hazırdır. Nuş olsun!


Oxunub: 1005 defe