Salatlar / Qəlyanaltılar :: Terevezli salat

Terkibi: 4 eded teze kartof 1 eded teze xiyar 1 eded qırmızı soğan 1 deste göy soğan 10 eded turp 100 q konservleşdirilmiş yaşıl noxud 3-4 x.q duru yağ 2-3 x.q alma sirkesi 5-6 eded qara zeytun 3 diş sarımsaq Az miqdarda şeker tozu Ceferi Duz Hazırlanması: Evvelce teze kartofu bişiririk, amma suyuna duz elave etmek lazim deyil ki, berk olmasın. Bişmiş kartofun suyunu süzürük ve kartofun üzü quruyan kimi, üzerine soyuq su tökürük. Hemin soyuq suyu da tez süzün ki, üzü qurusun ve kartofu soymağa başlayın. Kartofu bu formada doğrayırıq. Xiyarı da kub formasında doğrayırıq. Soğanı yarım halqa şeklinde doğrayırıq. Eger soğanın acı olmağını istemirsinizse, onda üzerine qaynar su tökün ve qaynar suda 10-15 deqiqe saxladıqdan sonra istifade edin. Hamısını böyük bir qaba töküb qarışdırın. İndi bir balaca qabda sarımsağı ezin, üzerine duz sepin. Yaxşıca qarışdırın ve üzerine sirke elave edin. Şeker tozu ve duru yağ elave edib qarışdırın ve salatın üzerine tökün. Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 216 defe