Salatlar / Qəlyanaltılar :: Kartof qelyanaltısı

Terkibi: 7 eded kartof 50 q pendir 30 q "Möcüze" paket yağı 1 x.q mayonez 1 x.q xırda doğranmış şüyüd 1-2 diş sarımsaq Duz Hazırlanması: Kartofu temiz yuyun, çengel ile bir neçe yerden deşin ve isti sobada 180 derecede 45 deqiqe bişirin. Pendiri sürtkecin xırda gözünden keçirin. Şüyüdü xırda-xırda doğrayın ve üzerine mayonez, kere yağı, duz, sarımsaq vurub qarışdırın. Ondan qoz boyda kürecikler hazırlayın. Bişmiş kartofu sobadan çıxardıb bir az soyudun. İlıq kartofların üstünü bir az kesin. Bir az ehtiyatlı olun ki, kartof çox ayrılmasın. Hetta orta hissesinden seliqeli şekilde bir az götüre bilersiniz ki, kürecikler onun içine rahat yerleşsin. Hazır kürecikleri kartofun içine yerleşdiririk. Süfreye vererken 2-3 deqiqe isti sobada isidin ki, pendir bir az yumşalsın. Nuş olsun!


Oxunub: 493 defe