Salatlar / Qəlyanaltılar :: Kokteyl salatı

Terkibi: 2 eded toyuğun döş eti 2 dilim konservleşdirilmiş ananas 15-20 eded qoz lepesi 100 q berk pendir 1 x.q xardal 150 q xama 0.5. portağal qabığı ve şiresi Yumurta Duz İstiot (ağ rengli) 150 q. "Möcüze" duru yağı Bezek üçün 1 pomidor Göyerti Hazırlanması: Bişmiş toyuq etini iri dilimlere bölün ve salat qabınızın dibine yığın. Ananas da kub şeklinde doğranılir. Pendir sürtkecin iri gözünden keçirilir. Qoz da xırda doğranılır ve pendirin üstüne elave edilir. İndi ise blenderde yumurta ile xardalı yaxşı qarışdırın ve duru yağı da bura elave edin. Hemin bu qarışığı qaynar suyun üstüne qoyun, yeni buxar üstünde qızdırın. Qarışdıra qarışdıra xama elave edin ve portağal şiresini ve qabığını sürtkecden keçirin. Duz, istiot vurun ve budur sous hazırdır. İndi ise hemin sousla salatımızın üstünden gezdirin. Pomidorla bezek veririk. Bir az soyuducuda saxladıqdan sonra, süfreye vere bilersiniz. Kokteyl salatımız hazırdır. Nuş olsun!


Oxunub: 602 defe