Salatlar / Qəlyanaltılar :: Krevetkalı, avokadolu salat

Terkibi: 1 banka hise verilmiş biber sousu 500 q dondurulmuş çiy krevetka 1/2 st "Jasmin" düyüsü 1/2 fincan "Çerri" pomidoru 1 deste keşniş 1 eded limon 1 eded avokado 1 ç.q "Zeytun bağları" zeytun yağı 1/2 st dondurulmuş qarğıdalı 1/2 banka konservileşdirilmiş qara lobya 1 ç.q keklikotu 1 ç.q "Çili" toz biberi 1 deste kahı yarpağı Duz, istiot Hazırlanması: Evvelce dondurulmuş krevetkaları bir qaba yığın, yuyun ki, donu açılsın. Hise verilmiş biberi blenderde yaxşıca ezin. Temiz sellofan torbanın içine krevetkanı ve blenderden keçirilmiş biberi elave edin, yaxşıca qarışdırın ve soyuducuya qoyun. Soyuducuda 20 deqiqe qalmalıdır. Temiz yuyulmuş keşnişi xırda-xırda doğrayın, bir qaba tökün ve üstüne yarım limon sıxın. Sonra düyünün üstüne soyuq su töküb qoyun bişsin, üzerinde yazılan kimi bişirin. Qazana zeytun yağı elave edilir, bir az qızdırılır ve qızdırılmış yağın üzerine qarğıdalı lobya, keklikotu, çili biberi, qara istiot ve duz elave edilir. Hamısını bir yerde yaxşıca qızardın. Kahı yarpaqlarını elinizle xırdalayın. Tavaya yağ elave olunur, krevetka düzülür ve blenderden keçirilmiş biberle birlikde 3 deqiqe qızardılır. Avokado soyulur ve kub formasında doğranılır. Pomidor ise yuyulub, ortadan iki yere bölünür. Kahı yarpaqlarını yuyub qurudandan sonra derin bir boşqaba düzü. Üzerine bişmiş soyumuş düyü, qarğıdalı, lobya ve krevetka elave edin. Sonda üzerine doğranmış pomidor ve avokado qoyun. İndi ise, qalan yarım limonu salatın üzerine sıxın. Ve salatımız hazırdır. Nuş olsun!


Oxunub: 441 defe