Salatlar / Qəlyanaltılar :: "Tiffani" salatı

Terkibi: 1 qab tumsuz üzüm 1 eded toyuq filesi 1 deste göy soğan 3 eded yumurta 200 q xırda doğranmış kelem 80-100 q berk pendir 1 deste göy soğan 1 eded limon Mayonez Şeker tozu Duz, istiot Hazırlanması: Evvelce yumurta ve toyuq filesini bişiririk. 1-ci qat: Bişmiş toyuq filesi xırda doğranılır, üstüne duz, istiot sepilir ve mayonez çekilir. 2-ci qat: Kelemi bir qaba tökün ve üstüne duz ve bir az şeker tozu sepin ve yarım limonu da üzerine sıxın, qarışdırın. 5 deqiqe durmalıdır ki, kelem bir az boşalsın. Sonra suyunu sıxıb etin üzerine qoyuruq ve yeniden mayonez çekirik 3-cü qat: Onun da üstünden pendiri rendeleyib tökürük ve mayonez çekirik. Yumurta rendelenir, soğan xırda-xırda doğranılır. 4-cü qat: Doğranmış soğan ve rendelenmiş yumurtanı qarışdırın ve salatın üzerine sepin. Sonra duz, istiot sepin ve mayonez çekin. Mayonezi salatın üzerine yaxşıca yayın. Bölünmüş üzümleri mayonezin üzerine düzün (şekildeki kimi). Salat 2 saat soyuducuda qalmalıdır ve "Tiffani" salatımız hazırdır. Nuş olsun!


Oxunub: 241 defe