Terkibi: 4 eded kartof 50 q toyuğun döş eti 30 q xiyar turşusu 2 eded pomidor 2 eded yumurtanın ağı Mayonez 2 eded teze xiyar Zövqe göre duz, istiot Ceferi ve şüyüd Kahı yarpaqları Hazırlanması: Evvelce toyuğun döş etini bişmeye qoyuruq. Kartof ve yumurtanı da bişiririk. Bişmiş terevezleri temizleyirik. Evvelce kartofu kub şekilde doğrayırıq. Sonra xiyarı da bu formada doğrayırıq ve kartofun üstüne elave edirik. Duzlu xiyarı da xırda-xırda doğrayırıq. Yumurtanın ağını kub şekilde doğrayırıq ve terevezlerin üstüne elave edirik. Toyuğun etini xırda doğrayıb salata elave edirik. Pomidoru da doğrayırıq ve etin üstüne elave edirik. Sonda ise göyerti elave edirik. Mayonez, duz, istiot vurub qarışdırırıq. Kahının yarpaqlarını yuyub quruduruq. Salat qabımızın üzerine düzürük. Sonra hazır salatımızı kahı yarpaqlarının üzerine qoyuruq. Üzerine de kub şekilde doğranmış pomidor sepirik ve ortasına da 2-3 yarpaq ceferi qoyuruq. Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 523 defe