Salatlar / Qəlyanaltılar :: Qat-qat salat

Terkibi: 350 q kartof 150 q kök 200 q çuğundur 150 q soğan 200 q duzlu xiyar 200 q alma 3 eded yumurta Mayonez Duz Hazırlanması: Evvelce yerkökü ve kartofu bişiririk. Çuğunduru da ayrı qabda bişiririk. Soğan xırda doğranılır. Soğanın üzerine qaynar su tökülür ve 10 deqiqe saxlanılır. Sonra suyunu süzün ve soyuq su ile yaxalayin ki, soyusun. İndi ise bişmiş çuğunduru temizleyib sürtkecin xırda gözünden keçiririk. Kök de sürtkecin xırda gözünden keçirilir. Kartof da sürtkecin xırda gözünden keçirilir. Duzlu xiyar xırda doğranılır. Yumurta sürtkecin xırda gözünden keçirilir. Alma da soyulub sürtkecin xırda gözünden keçirilir. İndi salatı düzeltmeye başlayırıq. 1-ci qat: Kartofu qoyuruq ve üzerine mayonez çekirik. 2-ci qat: Kök ve mayonez. 3-cü qat: Soğan elave olunur. 4-cü qat: Duzlu xiyar ve mayonez elave olunur. 5-ci qat: Rendelenmiş yumurta ve mayonez. 6-cı qat: Yumurtanın üzerinden almanı rendeleyib tökürük ve mayonez çekirik. 7-ci qat: Almanın da üzerinden çuğunduru elave edirik. Sonra mayonezle üzerine naxış qoyuruq. Salatımız hazırdır. Nuş olsun!


Oxunub: 203 defe