Uşaq yeməkləri :: Qelem peçenyesi

Terkibi: 100 qr yağ 200-250 qr un 1 x/q xama 100 qr şeker pudrası 1 eded yumurta sarısı 1 ç/q şekerli vanel Reng Üzerine çekmeye 1 eded yumurta Bir çimdik "Azerduz" yodlu narın xörek duzu Hazırlanması: Yumşalmış yağla şeker pudrası çalınır. Yumurta sarısı, duz, şekerli vanel, xama elave edib çalınır. Un elave edib xemir hazırlanılır, xemir ele yapışmamalıdır. Xemir iki yere ayrılır: biri böyük, biri kiçik. Böyük xemir yayılaraq, üzerine sellefon serib, 1 saat soyuducuda saxlanılır. Kiçik xemiri kiçik hisselere ayırıb, istenilen reng qatılır. Xemirden mümkün qeder nazik uzun xetler hazırlanılır ve soyuducuya qoyulur. Soyuducudan yayılmış xemiri çıxarıb, 3 sm eninde lentler kesib, yumurta çekilir. Rengli xetleri ağ xemirin ortasına qoyub, sıx yuvarlanılır .Ele etmek lazımdır ki, rengli xemir çöle çıxmasın. Kağız serilmiş liste yığıb, üzerine yumurta çekilb, 180-200 derecede 15-20 deqiqe erzinde hazır olana qeder bişirilir. Hazır qelemler soyudulub, ucları formaya salınılır. Hazır qelemleri şirin balalara hediyye etmek olar. Nuş olsun!


Oxunub: 687 defe