Salatlar / Qəlyanaltılar :: Yeni il salatı

Lazım olan erzaqlar: Kartof 4 eded. Kök 1 eded Duzlu siyenek balığı 1 eded Soğan 0,5 eded Yumurta 3 eded Ceferi 6 şaka Mayonez 380 ml Çuğundur 2 eded duz ve istiot zövqe göre Zeytun 2 eded Konserv leşdirilmiş qarğıdalı 1 y.q nar 1 y.q Hazırlanma qaydası: Terevezleri suda qaynadırıq. Kartofun qabıqlarını soyub sürtgecden keçiririk. Kökü de eyni qayda ile temizleyib sürtgecden keçiririk. 1/3 hissesini ise üzerini bezemek üçün saxlayırıq. Balığın derisini soyub kub şeklinde doğrayırıq. Soğanı xırda-xırda doğrayırıq. Yumurtanı qaynadıb, sarısını ayırırıq. Ağları sürtgecden keçiririk. Sarıları ise sürtgecin xırda gözünden keçiririk. Ceferini xırda- xırda doğrayıb bir miqdar üzeri üçün saxlayırıq. Falqa üzerine sürtgecden keçirilmiş kartofu düzbucaq formasında düzürük. Üzerine moyanez çekirik. Növbeti qata soğanı, kartofu her yerine yayırıq. Soğanın üzerine kub şeklinde doğranmış balıq düzürük. Üzerine mayanez çekirik. 1/3 yumurta ağı ve 2/3 yumurta sarısını qarışdırıb, falqa üzerindeki qarşığın üzerine tepe şeklinde düzülrük. Alminum falqanın kömeyi ile salatı rulet formasında sıx bükürük. Hazır ruleti 10 deqiqe soyuducuya qoyuruq. Daha sonra rulet ehtiyatla açılır. Salatı boşqaba ele qoyuruq ki, bir terefi boş qalsın. Salatın üzerine mayanez çekirik. Çuğunduru sürtgecin xırda gözünden keçirib salatı bezeyirik. Daha sonra kökü sürtgecin xırda gözünden keçiririk ve salatın üzerine qoyuruq. Doğradığımız ceferini salatın orta hissesine qoyuruq. Daha sonra şekilde göründüyü kimi dekor edirik. Buyurun siz de bayram süfresine hazırlayın. Nuş olsun!


Oxunub: 459 defe