Terkibi: 1 eded çuğundur 3 eded kartof 100-150 q. berk pendir 4 eded yumurta 1-2 eded kök 350 q bişmiş toyuq eti 100 q çekilmiş qoz lepesi 1 eded soğan 1-2 diş sarımsaq Mayonez, duz 1 eded nar 1 eded qara zeytun Hazırlanması: Evvelce çuğundur ve kartofu bişiririk. Yumurta ve yerkökü ayrı qabda bişir. Sonra hamısının suyunu süzürük ve isti isti temizleyirik. Yumurtanin aği sürtkecin iri gözünden keçirilir. Yumurtanin sarısı ise sürtkecin xırda gözünden keçirilir. Pendir sürtkecin xırda gözünden keçirilir. Kök sürtkecin xırda gözünden keçirilir. İndi ise rendelenmiş pendiri bir az mayonezle qarışdırırıq. Sonra toyuq eti xırda doğranılır. Ayrı qabda sarımsaq ezilir ve mayonez elave edib qarışdırılır. İndi salatı düzeltmeye başlayırıq. Azça duzlanmiş kartofu qarışdırıb qoyuruq ve üzerine sarımsaqla qarışmış mayonez çekilir. Sonra kartofa elle yumru forma verilir ki, papağa oxşasin. Bu formada şekildeki kimi davam edilir. Cuğundur ve mayonez. Kök ve mayonez. Soğan xırda doğranılır ve elave edilir. Toyuq eti ve mayonez elave olunur. Qoz elave olunur. Hamısı bu şekilde qat qat düzülüb mayonez cekilir. Sonda ise rendelenmiş mayonezle qarışmış pendir üzerine qoyulur. Onun da üzerine yumurtanin agi elave olunur. Növbeti addımda salat qabının etrafina çekilmiş qoz sepilir. Sonra nar deneleri üzerine ve etrafina düzülür. Salatın ortasına da bir eded tumsuz qara zeytun yerleşdirilir. Salat hazırdır. Nuş olsun!


Oxunub: 667 defe