Peçenyelər :: Biskrem

Terkibi: 2 stekan nişasta 3 stekan un 1 stekan şeker pudrası 250 qr yağ 2 eded yumurta 1 paket qabartma tozu İçlik üçün : Pudinq şokoladı Üzeri üçün : 100 qr şokolad Hazırlanması: Yumurtalar sındırılıb derin bir qaba tökülür ve qarışdırılır. Sonra yağ otaq temperaturunda yumşaldılır. Asan yumşaltmaq üçün onu hisselere bölürük. Sonra yumşalmış yağı yumurtanın içine töküb elimizle qarışdırırıq. Daha sonra nişastanı elave edib qarışdırırıq. Pudra şekerini ve qabartma tozunu elave edib bir daha qarışdırırıq. Sonra unu elave edirik. Çox da yumşaq olmayan xemir yoğrulur. Sonra xemirden qoz böyüklükde kündeler qopardırıq. Kündenin içi quyu kimi açılır. İçerisine çay qaşığının yarısı qeder pudinq tökülür. Pudinqin hazırlanması üçün 1 paket pudinqi qaba tökülür. Üzerine 3 su stekanı süd elave edilir ve ocaqda dayanmadan qatılaşana qeder qarışdırılır. Sonra ağzı bağlanır ve yağlı kağızın üzerine düzülür. 150-200 derecede bişirilir. Sonra buxarda şokoladı eridib üzerini bezeyirik. Nuş olsun!


Oxunub: 558 defe