Salatlar / Qəlyanaltılar :: Toyuq ciyerinden qelyenaltı

Terkibi: Toyuq ciyeri-600 q Yumurta-2 eded Kök-1 eded Soğan-1 eded. Smetan-3 xörek qaşığı Un-2 xörek qaşığı Qat-qat xemir-500 q Duz-istiot- zövqe göre "Möcüze" duru yağı(qarğıdalı) Hazırlanması: Soğanı xırda-xırda doğrayıb yağda bir az qovururuq. Sonra kökü temizleyib, sürtkecden keçirib soğanın üzerine elave edirik. 5 deqiqe birlikde qovururuq.Toyuq ciyerini yuyub blenderde yaxşıca qarışdırırıq. Sonra bişirdiyimiz kök ve soğan qarışığını elave edib yene qarışdırırıq. Yumurtanın sarısını, smetan ve duz-istiot üzerine elave edib yene qarışdırırıq. Blenderin bıçağını çıxarıb un elave edirik ve el mikseri ile yavaş-yavaş qarışdırırıq. Sonra ise yumurtanın ağını elave edib yene qarışdırırıq. Qat-qat xemiri eyni ölçüde dördkünc kesirik. Ve biskivit üçün olan formalara yerleşdirib içliyi üzerine qaşıqla az-az elave edirik. Evvelceden isinmiş sobada 180 derecede 20-25 deqiqe bişiririk. Toyuq ciyerinden qelyenaltımız hazırdır. Nuş olsun!


Oxunub: 501 defe