Uşaq yeməkləri :: Kartof püresinden güller

Terkibi: 6-7 eded kartof 2-3 eded sosiska 100 qr "Wellington" kere yağı 50 qr holland pendiri Küncüt Ceferi "Azerduz" yodlu narın xörek duzu Hazırlanması: Kartof soyulur. Doğranıb üzerine duz ve su elave edilib qaynadılır. Suyu çekildikde yağ elave edilib blendrle ezilir. Kartof püresi metbex şprisine doldurulur. Şpris yoxdursa, qalın sellofan paketden de istifade etmek olar. Bunun üçün püre pakete tökülür, daha sonra paketin uc hissesi kesilir. Soba listine kağız serilir, yağlanır. Sprisi sıxmaqla gül leçekleri çekilir. Sosiska nazik dilimlenib gül leçeklerine batırılaraq şekilde gördüyünüz kimi düzülür. Ortasında boş qalan hisseye sürtkecden keçirilmiş holland pendiri tökülür ve üzerine kücüt sepilib sobada hazır olana qeder bişirilir. Hazırdır. Balalarınız üçün hazırlayıb, onları sevindirin. Nuş olsun!


Просмотров: 717 раз