Uşaq yeməkləri :: Lapşevnik

Terkibi: 250 qr vermişel 250 qr kesmik 4 yumurta 3 x.q şeker tozu 30 qr qara kişmiş Bir az duz Bezek üçün: 1 eded kisel Hazırlanması: Paketin üzerine baxıb, vermişeli qaynadın ve daha sonra süzün, soyudun. 2 yumurtanı yavaş-yavaş qarışdırın (köpüklendirmemek şerti ile). Üzerine kesmik, bir çimdik duz, 2 x.q şeker tozu, kişmiş elave edib bir daha qarışdırın. Vermişel de bu qarışığa elave olunub qarışdırılır. Yağlanmış qabların alt hissesine bir az suxarı sepin ve qarışığı elave edib 200 derecede, 30 deqiqe bişirin. Hazır olduqdan sonra boşqaba qoyub kiselle servis edirik. Nuş olsun!


Oxunub: 675 defe