Uşaq yeməkləri :: "Sarı" şorba

Terkibi: Mal eti 1 eded kartof 1 eded sarı bolqar biberi 1 baş soğan 2 diş sarımsaq 1 eded kök Duz Göy soğan Hazırlanması: Et bişirilib bulyon hazırlanır. Etler içinden çıxarılıb bir kenara qoyulur. Kartof soyulur, kub şeklinde doğranıb qazana elave edilir. Kök sürtkecden keçirilir. Kartofu saldıqdan 5 deqiqe sonra qazana elave edilir. Sarı bolqar biberi xırda-xırda doğranıb qazana tökülür. Daha sonra soğan ve sarımsaq da xırda doğranıb şorbaya elave edilir. Et tikeleri de qazana tökülür. Qazanın altı söndürülür, şorba blendere tökülür, krem-püre halına getirilir. Süfreye verildikde göy soğan xırda-xırda doğranıb üzerine tökülür. Balaca balalarınıza nuş olsun!


Oxunub: 270 defe