Uşaq yeməkləri :: "Sevimli üzler"

Terkibi: 1 stekan ilıq süd 1 stekan ilıq su 1 x.q quru maya 2 eded yumurta (sarıları ayrılmalıdır) 1 stekan "Zeytun Bağları" zeytun yağı 1 stekan kepekli un 5 stekan ağ un 2 ç.q duz 2 ç.q şeker tozu Üzeri üçün: 2 eded pomidor 1 kasa qara zeytun (ortadan kesilir ve tumu çıxarılır) 1,5 stekan holland pendiri Hazırlanması: Süd, su, şeker tozu, duz ve maya bir qaba elave olunur. Üzerine yumurta ağı, duru yağ elave olunub yaxşı-yaxşı qarışdırılır. Son olaraq un elave olunur ve xemir yoğrulur. Yoğrulan xemir bir saat saxlanır. Qabaran xemir iki hisseye bölünür ve oxlovla açılır. Böyük açılan xemirler stekanın kömeyi ile kesilir. Her bir daireye evvel yumurta sarısı çekilir, üzerine holland pendiri, pomidor ve zeytun qoyulur. 170 dereceli sobada bişirilir. Nuş olsun!


Oxunub: 535 defe