Quru yeməklər :: Göbelekli toyuq burması

Terkibi: Teqriben 1 kq çekisi olan toyuq 400 q file 100 q zeytun 1 eded yumurta 1 st çörek ovuntusu 400 q şampinyon göbeleyi 1 y.q qarğıdalı nişastası 50-100 ml krem Duz, istiot, keklikotuSoğan, sarımsaqHazırlanması: Toyuğun derisini bütöv bir şekilde çıxarın. Sine hissesinden kesin ve ellerinizi derisinin altına salaraq etden aralayın ki, deri rahat çıxsın. Bıçaqla da derini rahatca soya bilersiniz. Toyuğun etini ve fileni çox kiçik olmaqla tikelere ayırın. Et çeken maşından da keçirmek olar. Zeytunları kiçik halda doğrayın ve etin üzerine elave edin. Soğanı da narın-narın doğrayın ve yağda bir qeder qızardın, yumşalsa, bes eder. Sonra ise soğanın üzerine kiçik hisselere doğranmış göbeleyi elave edin ve 10-15 deqiqe erzinde bişirin (göbeleklerin suyu tam çıxana qeder). Soğanlı qarışımı süzün ve etli qarışıma elave edin. Sonra ise bu qarışımın üzerine yumurta, çörek ovuntusu, kremde qarışdırılmış qarğıdalı nişastası, sarımsaq, duz, istiot ve keklikotu elave edib yaxşıca qarışdırın ve soyuducuya qoyun. Qarışım bir qeder özüne geldikden sonra onu soyuducudan çıxarın ve toyuq derisinin içine yığın. Toyuq derisini büküb açıq yerleri tikin


Oxunub: 668 defe