Peçenyelər :: Kişmişli-qozlu peçenye

Terkibi: 150 q "Möcüze" paket yağı (yumşalmış) 1 st şeker tozu 1 eded yumurta 1 x.q bekmez Bir az duz 250 q un Yarım ç.q qabartma tozu Yarım ç.q soda 1 ç.q vanil 1 st damla şokolad 1 ovuc kişmiş 1 ovuc iri doğranmış qoz Hazırlanması: Evvelce kere yağı, bekmez, duz ve şeker tozunu mikserle krem halına gelene kimi çalırıq. Sonra un, qabartma tozu, vanil ve sodanı elave edib mikserle yeniden çalırıq. En axırda damla şokoladı, qozu ve kişmişi elave edib qarışdırırıq. 1 saat soyducuda qaldıqdan sonra listin içine kalka kağızı qoyuruq. Alınmış qarışıqdan ya qaşıqla, ya da elimizle yumru formalar hazırlayıb liste yığırıq. 180-200 derecelik sobada 15-17 deqiqe bişiririk. Kişmişli , qozlu ve damla şokoladlı peçenyemiz hazırdır. Nuş olsun!


Oxunub: 364 defe