Tortlar :: Hediyye paketi tortu

Terkibi: 2 porsiya üçün 8 eded yumurta 2 st. şeker tozu 1 st. su Vanilin 2 paket qabartma tozu 2 x.q kakao 2 st. un 4 x.q fındıq lepesi Krem üçün: 250 q "Möcüze" paket yağı 1 eded qatlaşdırılmış süd Vanilin Üzeri üçün: Şeker xemiri Yaymaq üçün: Nişasta Yumurta ve şekeri mikserle çalırıq. Daha sonra su qatıb yeniden mikserle çalırıq. Unu, qabartma tozunu, vanilini ve lepeni de elave edib qarışdırırıq. Tort qabının altına kalka kağızı qoyub qıraqlarını yağlayırıq. 180 derece qızdırılmış sobada bişiririk. Diger hisseni de eyni qayda ile kakao qatıb bişiririk. Yağ ve qatlaşdırılmış südü mikserle çalırıq. Sonra ise vanilin qatırıq. Ağ ve kakaolu biskiviti 2 hisseye ayırırıq. Aralarını kremleyirik. En sonda kremi üzerine ve qıraqlarına az çekirik. 12 hisseye bölürük (kvadrat formasında). Şeker xemrine azca nişasta töküb yayırıq. Arasına kesilmiş tortdan qoyub qıraqlarını bükürük. Üzerine ise istediyimiz formada görünüş veririk. Şekilde her biri tesvir edilib. Hediyye paketi tortumuz hazırdır. Nuş olsun!


Oxunub: 642 defe