Şirin xəmir işləri :: Bananlı, şokoladlı keks

Terkibi: (18 eded üçün) 3 eded yetişmiş banan 3 eded yumurta 150-200 q şeker tozu 125 ml eridilmiş "Möcüze" paket yağı 320 q un 1 ç.q vanilin 1 ç.q qabartma tozu 1/4 ç.q duz 1/2 ç.q soda 100 q damla şokolad Hazırlanması: İlk olaraq bananları ezin ki, yumşaq olsun. Yumurtanı şeker tozu ile çalırıq. Sonra ise üzerine yağ, ezilmiş bananları ve vanil elave edib qarışdırırıq. Unun üzerine soda, qabartma tozunu elave edib qarışdırırıq. Sonra unlu qarışımı asta-asta qarışdıraraq yumurtalı qarışıma elave edirik. Sonda ise damla şokoladı elave edirik ve bir daha qarışdırırıq. Xemiri formalara elave edirik, amma formaların bir hissesini boş saxlayırıq. 200 derece qızdırılmış sobada 25- 30 deqiqeye bişiririk. Budur, bananlı, şokoladlı kekslerimiz hazırdır! Nuş olsun!


Oxunub: 309 defe