Duru yeməklər :: Dovğa -2

Bildiyiniz kimi, dovğa reseptini artıq Pervane xanım sayta yerleşdirib. Bu dovğanın terkibi (göyden başqa) eyni olsa da, dadı ferqlidir. Ferqli dad veren burada istifade olunan Dirrik perpereni bitkisidir ki, inanılmaz hem turş, hem de şirin dovğa sevenler üçün ikisi bir arada ela dad elde olunur. Maraqlananlar üçün hazırlanma qaydası: İlk önce perperen yuyulur, quruması üçün aşsüzene qoyulur. Sonra 2 x.q yumru düyü yuyulub, islağa qoyulur. 1 kq qatığa 1 yumurta, 1 x/q un ve 2 x/q düyü elave edib durulana qeder çalınır. Sonra ise 400 ml saf suyu da elave edib, odun üstüne qoyulur. Çürümemesi üçün herdenbir qarışdırılır. Bu arada evvelden yuyulub, qurudulmuş göyerti doğranır. Düyü bişen zaman göyerti qaynayan ayrana elave olunur. Odun üstünden götürdükden sonra Azerduz yodlu narın xörek duzu elave olunur. Ferqli dovğamız hazırdır. Zövqe göre quru naneden de istifade ede bilersiniz. Nuş olsun!


Oxunub: 589 defe