Quru yeməklər :: Toyuq ruleti

Terkibi: Toyuq filesi - 3 eded, Vetçina - 100-150 q, Keşniş - 1 böyük deste Sarımsaq - 3 eded "Zeytun bağları" zeytun yağı Duz, Qırmızı biber Hazırlanması: Toyuğun döş etini döyüb lay halına getiririk. Sonra her 3 layı ele qoyuruq ki, bir birinden ayrılmasın. Sonra üzerine vetçinanı lay-lay kesib düzürük ve keşniş sepirik. Sarımsağı xırda-xırda doğrayıb üzerine sepirik. Toyuq eti sarımsaqla lezzetli olur. Ona göre de zövqe göre sarımsağın sayını artıra, azalda ve ya onsuz da hazırlaya bilersiniz. Qida sellofan ile onu yaxşı-yaxşı fırladıb rulet halına salırıq. 30 deqiqe soyuq yerde saxlayırıq. Bu müddetde et berkiyir. Ruleti sellofandan çıxarıb kağızın üzerine seliqe ile qoyub üzerine duz-istiot ve zeytun yağı elave edirik. 180 derecelik sobada 15-20 deqiqe bişiririk. Sonra sobanı söndürüb ruleti daha 20 deqiqe sobada saxlayırıq. Toyuq ruletini hem isti, hem de soyuq veziyyetde vermek olar. Nuş olsun!


Oxunub: 887 defe