Quru yeməklər :: Evde jülyen hazırlayaq

Lazım olan erzaqlar: Toyuq eti 300 qr Berk pendir 150 qr 2 baş orta ölçüde soğan 200 qr xama İsteye göre 2 diş sarımsaq "Möcüze" paket yağı lazım olan qeder Duz, istiot zövqe göre Hazırlanması: Evvelce toyuğu suda bişiririk, sonra da etini sümükden ayırırıq ve doğrayırıq. Soğanı tavada qızardırıq. Ayrı qabda sous hazırlayırıq. Bu sousu kere yağından da hazırlamaq olar, amma men bilirem ki, bizim xanımlarımız çox yağlı, kalorili yemeklerden uzaq dururlar, ona göre de sousu xama ile evez etdim. Jülyen hazırlayacağımız qabları yağlayırıq. Evvel toyuğun etini qoyuruq yağlanmış qaba. Bunun üzerinden de qızarmış soğanı. Her qabın üzerine 1 x.q. toyuğun bulyonundan elave edirik ki quru alinmasın.Sonra istiotlu, sarımsaqlı sousu elave edirik. Axırda rendelenmiş pendir elave edirik. Sobada 15-20 deqiqe bişiririk. Jülyenlerin üzü qızarana kimi bişmelidir. Üzerini istediyiniz göyerti ile bezeye bilersiniz. Süfreye verdikde qabın qulpunu salfetle bezeyirik. Bu hem gözellik verir, hem de qabın qulpu isti olduğu üçün salfetle örtülür. Buyurun xanımlar jülyenlerimiz hazırdır, nuş olsun sizlere!


Oxunub: 547 defe