Kompot, kokteyl, dondurma :: Portağallı-şokoladlı ürek dondurma

Terkibi: 2 eded portağal 1.5 st. pudra şekeri 1 st.qatıq 1 paçka krem şanti 1 st. süd Üzeri üçün: 1 paçka şokolad sousu 1 st.süd Rengli şekerler Hazırlanması: Önce portağalın qabığını sürtkecden keçiririk. Sonra şiresini sıxırıq. Portağalın qabığını, suyunu ve 1.5 st. pudra şekerini bir qaba töküb yarım saat saxlayırıq. 1 paçka krem şantinin üzerine 1 st. süd töküb mikserle çalırıq. Sonra 1 st. qatığı şantinin üzerine töküb mikserle çalırıq. En sonda portağallı qarışığı şantinin üzerine töküb çalırıq. Ürek formasında olan qaba sellofan qoyuruq. Qarışığı onun üzerine tökürük. Üzerini sellofanla bağlayıb soyuducuda 10-11 saat saxlayırıq. 1 paçka şokolad sousunun üzerine südü elave ederek bişiririk ve soyumağa qoyuruq. Soyuduqdan sonra hazır dondurmanın üzerine tökürük, onun üzerine de rengli şekerleri sepirik. Yeniden soyuducuya qoyub 1 saat saxlayırıq. Portağallı-şokoladlı ürek dondurmamız hazırdır. Nuş olsun!


Oxunub: 830 defe