Müxtəlif :: Şerqin parlaq ulduzu-Nar

Narı qiymetli hesab olunan "yaqut daşlı hökmdar" ve "ilk yardım hekimi" adlandırırlar. Qedd-qametli, çox yaraşıqlı ve üstegel min bir derdin elacı hesab olunan bu sehrli gilemeyve hele qedim zamanlardan gözellik ve bereket remzi sayılıb. Daima heyat simvolu hesab olunan bu odlu-alovlu nemet xarici görkemine göre de diger meyvelerden yüksekde dayanır ve seçilir. Deyirler ki, bütün meyveler orqanizme daxil olanda üreye baş eyirler, narı ise ürek özü sevincle qebul edib ona boyun eyir. Bir çox efsanelerde ve mifologiyalarda özünemexsus yer tutan nar gilemeyvesini qadın gözelliyine benzedirler. Bu dadlı ve faydalı teamı neinki meyvelerin şahı, onu hetta ruhu möhkemlendiren möcüzeli nemet kimi görürler. Çinde "heyat ağacı" sayılan narın şirin denelerinden toy zamanı yeyib yeni aile quranlara hal-hazırda da xeyir dua verirler. Yunanıstanda nar er arvadın sadiqliyinin simvolu olub. Qedim Misirde ise vefat edenleri nar gilemeyvesi ile defn ederlermiş, bu onların qayıtması ümidini simvolize ederdi. Çoxsaylı deneleri ile bu "taclı" nemete uzun müddet mehsuldarlıq, bolluq ve daimi heyat kimi qiymet verilib. Azerbaycan efsanelerinde nar sevgi ve ehtiras simvolu kimi teqdim olunub. O zamanlar sevgini bildirmek nezaketli hesab olunmurdu, gencler qızlara nar getirmekle öz hisslerini bildirir ve sevgilerini teklif ederdiler. Qüvvetli cavanlıq eliksiri. Müalicevi xüsusiyyetlere malik bu vitamin"bombası" cavanlıq menbeyi sayılır. Eminlikle söyleye bilerem ki, xroniki yorğunluq, başgicellenme, ezele ağrılarının sebebi orqanizmde hemoqlabinin azlığıdır, mehz bu mede hüceyre toxumalarını oksigenle temin edir. Orqanizmde demir çatışmayanda da qanın miqdarı aşağı düşür. Bu kimi problemleri ortadan götürmek üçün rasionumuza nar gilemeyvesini daxil etmek yeterlidir. Vitamin deposu sayılan nar terkibinde saysız-hesabsız faydalı ve xeyirli maddeler toplayıb:vitamin A, C, B1, B2, demir, kalsium, kalium, yod, fosfor, karbohidrat, protein. Antioksidantlarla zengin bu "super" meyve insan orqanizmine enerji verir, immunitet sistemini güclendirir, infeksiyalara qarşı müqavimeti qoruyur ve artırır. Yüksek potensiala malik olan nar qocalma prosesini lengidir, qan tezyiqini müsbet bir şekilde nezaretde saxlayır.


Oxunub: 757 defe